19 Dekabr 2014 13:06
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq koalisiyanın dəstəyi ilə irəliləyən kürd qüvvələri Sincar dağındakı İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına məxsus blokadaları dağıdıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İraq Kürdüstan regional rəhbərliyinin başçısı Məsud Bərzani açıqlayıb. Onun sözlərinə görə, kürd döyüşçülərinin növbəti hədəfi Sincar şəhərinin azad olunmasıdır.

Bu arada, Suriya Ümumi İnqilab Şurasından yayılan məlumatlarda Kobanidə kütləvi məzarlığın aşkar olunduğunu bildirib. Şura məzarda Şiatat tayfasına mənsub 200 adamın cəsədinin olduğunu qeyd edir.

Həmçinin açıqlamada şəxslərin boğazları kəsilərək və ya güllələnərək öldürüldüyünü deyilir.

Samir


Müəllif:

Oxşar xəbərlər