Ukraynanın şərqində rus separatçıları 150 əsiri qaytarmağa hazır olduqlarını bildirib.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki bunu Ukrayna Təhlükəsizlik Xidmətinin Baş istintaq idarəsinin rəisi Vasil Vovk açıqlayıb.
Onun sözlərinə görə, separatçılar bunun əvəzində Ukrayna həbsxanalarında saxlanılan 250 yaraqlının azad edilməsini istəyirlər.
Vovk məsələ ilə bağlı danışıqların davam etdiyini qeyd edib.
Samir