Nigeriyanın şimal-şərqində yerləşən avtovağzalda partlayış törədilib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç komitəsi (BQXK) məlumat verib. Yayılan xəbərlərə görə, Qombe şəhərində həyata keçirilən hücum nəticəsində ən azı 20 dinc sakin həyatını itirib.
Hələlik heç bir terror təşkilatı partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.
Rəsmilər hadisənin “Boko Haram” terrorçuları tərəfindən həyata çekirildiyini güman edir.
Samir