30 Dekabr 2022 14:59
1 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya qarşı on aylıq amansız müharibədən sonra Rusiya Prezidenti Vladimir Putin hakimiyyətinin 23-cü ildönümünü maksimum xarici və daxili təcrid şəraitində qarşıladı.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazır.

Nəşr qeyd edir ki, Ukraynaya hücum Rusiyanın Qərblə onilliklər boyu qurulmuş iqtisadi əlaqələrini məhv edib. Ölkə beynəlxalq səviyyədən kənarda qalan ölkəyə çevrilib, Putinin özü də Rusiya elitasından xeyli uzaqlaşıb.

Nəşrin Kremlə bağlı dairələrdən olan həmsöhbətlərinin fikrincə, bu gün Putin dostlarının itkisini hiss edir. Rusiya elitasında fikir ayrılığı var: bəziləri müharibənin bitməsini istəyir, bəziləri isə eskalasiyanın gücləndirilməsini zəruri hesab edir. Amma hər ikisi Rusiyanın müharibədə indiki taktikasından narazıdır.

“Putin elitanın nəzərində suallara cavab verməkdə aciz görünən fiqurdur. Elita nəyə inanacağını bilmir və sabahı düşünməyə qorxur”, - “Karneci” fondunun baş elmi işçisi Tatyana Stanova nəşrə deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər