İsrail Futbol Assosiasiyası ölkə çempionatının beşinci divizonunda oynayan “Seqev Şalov” klubunun fələstinli futbolçusu Аttafa Аbu Bilyalanı 99 il diskvalifikasiya edib.
Xəbərə görə, bu barədə “Eurosport” saytı bildirib.
Futbolçunun cəzalandırılmasının səbəbi onun İsraildən başqa Fələstinin çempionatında da oynamasıdır. İsrail Futbol Assosiasiyası Attafa Abu Bilyalanı ilk olaraq ömürlük diskvalifikasiya etmək istəyirdi. Amma sonradan bu cəza “yüngülləşdirilərək” onun 99 il futboldan kənarlaşdırması barədə qərar qəbul edilib.
Bundan başqa, oyunçu 200 avro cərimə ödəyəcək./publika.az/