Tehranda Evin həbsxanasında olan iranlı rejissor Cəfər Pənahi aclıq aksiyasına başlayıb.
Teleqraf.com xəbər verir ki, rejissor bunu “ölüm orucu” adlandırıb.
“Cansız bədənim həbsdən çıxana qədər bunu davam etdirəcəm”, - Pənahi deyib.
Rejissor ötən il molla rejimi əleyhinə “təbliğat”da ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.