Dünyanın dörd tərəfindən minlərlə xristian Milad bayramını qeyd etmək üçün İsa Peyğəmbərin doğulduğu Qərbi İordanın Beytüllahimdə bölgəsində toplaşıb.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Milad ərəfəsində Milad kilsəsində gecə yarısı ayini keçirilib. 1700 illik Milad kilsəsinin İsa Peyğəmbərin dünyaya gəldiyi yer olduğu güman edilir.
Qüds patriarxı Fuad Tval ayində xristian, yəhudi və müsəlmanlara qarşılıqlı hörmətlə yanaşmağı və bərabər şəkildə yaşamağı tövsiyyə edib.
Patriarx həmçinin xristianlardan qəzzalıları də unutmamağa çağırıb.
Samir