3 Fevral 2023 11:40
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) əmin edir ki, heç kim Moskva və Kiyevlə kompromislə bağlı danışıqlar aparmayıb.

Teleqraf.com xatırladır ki, ABŞ hakimiyyəti İsveçrə mətbuatının Ağ Ev və MKİ-nin Rusiya ilə sülh müqabilində Ukraynaya ərazilərin bir hissəsindən imtina etməyi təklif etməsi barədə xəbərləri təkzib edib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Sean Devitt deyib ki, İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinin yaydığı bəyanat qeyri-dəqiqdir.

Adı açıqlanmayan MKİ sözçüsü də jurnalistləri əmin edib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns yanvar ayında Ukraynaya sülh planı təklif etmək üçün Moskvaya gizli səfər etməyib.

Sözçü İsveçrə qəzetinin mesajını tamamilə yalan adlandırıb.


Müəllif: Nemət

Oxşar xəbərlər