8 Fevral 2023 00:12
4 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Tiflis şəhər məhkəməsinin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müdafiəsinin səhhətinin ağır olması ilə əlaqədar təxirə salınması və ya cəzadan azad edilməsi barədə vəsatətinin rədd edilməsi barədə qərarından məyusdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

“Məhkəmə həkimləri Mixail Saakaşvilinin xəstəliyinin şiddəti ilə bağlı üzləşdiyi nəticələri nəzərə almayıblar. Vətəndaşımızı müalicə üçün xaricə göndərməkdən imtina ediblər”, - açıqlamada qeyd olunur.

Ukrayna XİN vurğulayır ki, Gürcüstan hakimiyyəti Saakaşvili ilə siyasi hesablaşmanı dərhal dayandırmalı, onun hüquqlarına riayət olunmasına zəmanət verməli və onu Ukraynaya təhvil verməlidir: “Ukrayna Xarici İşlər Nazirliyi azad edilməli olan Ukrayna vətəndaşı Mixail Saakaşvilinin maraqlarını qorumağa davam edəcək”.

Dünən Tiflis şəhər məhkəməsi Saakaşvilinin işi üzrə hökmün icrasını təxirə salmaqdan imtina edib. Eks-prezidentin vəkilləri onun cəzasının təxirə salınması və ya azad edilməsi tələbi ilə məhkəməyə müraciət ediblər. Hakim Georgi Arevadze bu vəsatətə təxminən iki aya baxıb.

Rəsmi Kiyevin tələbləri Tiflisdə etirazla qarşılanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər