Gürcüstan Prezidenti Salome Zurabişvili sələfi Mixail Saakaşvilini siyasətdən getməyə və ölkəni girov saxlamağa son qoymağa çağırıb.
Teleqraf.com xəbər verir ki, prezident Saakaşvilinin cinayət törətdiyini iddia edib.
“Saakaşvili birdəfəlik cinayətlərini etiraf etməli, siyasətdən getməklə ölkəni və müxalifəti girov saxlamağa son qoymalıdır”, - Zurabişvili bildirib.
Bundan əvvəl Saakaşvilinin qurucusu olduğu Vahid Milli Hərəkat Partiyasının üzvləri parlamentin fəaliyyətini boykot və mandatlardan imtina edəcəklərini açıqlayıblar.
Vahid Milli Hərəkat öz qərarlarına əsas kimi Saakaşvilinin qanunsuz həbsini göstərib.