9 Fevral 2023 09:32
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu, son 100 ildə bölgədə baş verən ən böyük zəlzələlərdən biridir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Türkiyədə baş verən zəlzələ haqda danışarkən bildirib.

Çıxışına Amerika xalqının düşüncə və dualarının Türkiyə və Suriyada baş verən zəlzələlərdən zərər çəkənlərlə olduğunu deyərək başlayan Bayden əlavə edib ki, bu, böyük fəlakətdir:

"Can itkisi üçün yas tuturuq. Dağıntılar altından zəlzələ qurbanlarının cəsədlərinin çıxarılmasını seyr etmək inanılmazdır. Zəlzələ inanılmaz dərəcədə güclü idi, əhəmiyyətli təkanlar və ikinci zəlzələ oldu. Bizim düşüncələrimiz bu faciədən zərər çəkənlərlə birlikdədir”.

Bayden, zəlzələdən dərhal sonra prezident Rəcəb Tayyib Ərdoğana zəng etdiyini və ABŞ-ın axtarış-xilasetmə qrupları daxil olmaqla NATO müttəfiqi Türkiyəyə tam dəstəyini təklif etdiyini söyləyib:

"ABŞ Beynəlxalq İnkişaf Agentliyinin və ABŞ-ın Avropadakı hərbçiləri də dağıntı bölgəsində köməyə hazırdır".

ABŞ-ın Suriyada zəlzələdən zərər çəkənlərə humanitar yardım təşkilatları vasitəsilə kömək etdiyini bildirən Bayden ilk gündən yardım fəaliyyətlərinə başladıqlarını bildirib:

“Biz Türkiyə və Suriya xalqına ehtiyac duyulan anlarda dəstək olmaq öhdəliyimizdə qətiyik”.


Müəllif: Nemət

Oxşar xəbərlər