9 Fevral 2023 13:36
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə həpsxanadan məhkumların qaçma cəhdinin qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Cəza və İstintaq Təcridxanaları Müdirliyi deyib.

Ədliyyə Nazirliyinin Penitensiar və İstintaq Təcridxanaları Baş İdarəsi (CTE) Türkoğlu 1 saylı Qapalı Cəzaçəkmə Müəssisəsində məhkum müəssisədən çıxmağa çalışdığını, qaçış cəhdinin qarşısı alınaraq təhlükəsizliyin təmin edildiyini vurğulayıb.

CTE-nin verdiyi yazılı açıqlamada bəzi media orqanlarında və sosial media platformalarında Qapalı Cəzaçəkmə Müəssisəsinə aid olduğu iddia edilən görüntülərin Kahramanmaraş Türkoğlu Qapalı Həbsxanasına aid olduğu bildirilib.

“Türkoğlu Qapalı Həbsxanada məhkum və məhbuslar cəzaçəkmə müəssisəsindən çıxmağa çalışıblar. Amma bunun qarşısı alınıb və təhlükəsizlik təmin edilib”, - məlumatda qedy edilib.


Müəllif: Nemət