Rusiyanın Novosibirsk vilayətində matəm elan olunub.
Teleqraf.com xəbər verir ki, Novosibirsk vilayətinin qubernatoru Andrey Travnikov fevralın 10-nu matəm günü elan edib.
Qeyd edək ki, bu gün səhər vilayətin Zayeltsevsk rayonunda beşmərtəbəli binada qaz sızmasından partlayış baş verib. Binanın iki girişi dağılıb, 8 nəfər həlak olub. Daha 8 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.