BMT-nin ilk yardımı zəlzələdən əziyyət çəkən Suriyaya çatıb.
Teleqraf.com xəbər verir ki, Suriyada təbii fəlakət nəticəsində 3162 nəfərm ölüb, 5 235 nəfər yaralanıb.
Türkiyədə baş verən zəlzələlər Suriyanın İdlib, Hələb, Hama, Latakiya, Tartus və Rakka vilayətlərində də güclü hiss olunub, şəhərlərdə böyük dağıntılar olub.
Suriyanın “Ağ Dəbilqəlilər” mülki müdafiə qrupu, müxaliflərin nəzarətində olan Suriyanın şimal-qərbində vəziyyətin pis olduğunu bildirsə də, ilk yardım Türkiyə üzərindən bölgəyə çatmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatının sədri bu gün Suriyaya gedəcəyini açıqlayarkən, dünən Cilvegözü və Suriyadakı Bab əl Hava qapılarından ilk yardım kampaniyaları Suriyaya daxil olub. BMT Suriyanın şimalına çatsa da, “Ağ Dəbilqəlilər” konvoyda lazım olan axtarış-xilasetmə vasitələrinin mövcud olmadığını açıqlayıb.