11 Fevral 2023 11:20
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müdafi qüvvələri Luqansk və Donetsk vilayətlərinin 7 yaşayış məntəqəsi ərazilərinə Rusiya qoşunlarının hücumlarını dəf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, rus ordusu ciddi itkilərə baxmayaraq Kupyan, Liman, Baxmut, Avdiv və Novopavliv istiqamətlərində hücum əməliyyatlarını davam etdirir:

“Ötən sutka ərzində Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Kreminna, Şipylivka və Biloqorivka yaşayış məntəqələri ərazilərində işğalçıların hücumlarını dəf edib”.

Bundan əlavə, ötən gün Ukrayna qoşunları Donetsk vilayətində Krasnaya Qora, Baxmut, İvanivski və Paraskoviyvka yaxınlığında rusların hücumlarını dayandırıb.

Eyni zamanda, Ukrayna aviasiyası rusların cəmləşdiyi ərazilərə 12, eləcə də zenit-raket komplekslərinin mövqelərinə 4 zərbə endirib. Bundan başqa, raket qoşunları və artilleriya bölmələri Rusiya ordusunun canlı qüvvəsinin cəmləşdiyi iki əraziyə, döyüş sursatı anbarına, zenit-raket kompleksinin mövqeyinə və üç digər mühüm obyektinə zərbələr vurub.


Müəllif: Mənsur Rəğbətoğlu