Türkiyənin Hatay vilayətində axtarış-xilasetmə əməliyyatları zamanı 140 saatdan sonra 7 aylıq körpə dağıntılar altından sağ çıxarılıb.
Teleqraf.com xəbər verir ki, xilas edilən Həmzə adlı 7 aylıq körpə təcili yardımla xəstəxanaya aparılıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.