Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Leyen Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ursula Fon der Leyen "Twitter" hesabında paylaşım edib.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım. Dağıdıcı zəlzələ nəticəsində insan təlafatı ilə bağlı Türkiyə xalqına dərin hüznlə başsağlığımı çatdırdım və əlavə dəstəyi müzakirə etdik. Avropa sizinlədir", - deyə paylaşımda qeyd olunub.