15 Fevral 2023 10:45
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu düşmənin komanda məntəqəsini, 6 silah-sursat anbarını və 2 elektron döyüş məntəqəsini məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı bildirib.

Məlumata görə, Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində işğalçıların şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə 8 zərbə endirib.

“Raketçilər və atıcılarımız komanda məntəqəsini, düşmənin 2 canlı qüvvəsinin cəmləşdiyi ərazini, 6 silah-sursat anbarını və 2 elektron döyüş məntəqəsini vurub”, - Ukrayna Baş Qərargahı qeyd edir.


Müəllif: Nemət