Zəlzələ səbəbindən Türkiyənin Malatya şəhərində 1386 nəfər həyatı itirib, 6 min 444 nəfər yaralanıb, 1154 bina isə dağılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Malatya valiliyi bəyan edib.
Əlavə olunub ki, zəlzələ səbəbindən 7 min 129 bina zərər görüb.
Açıqlamada, Malatyadan 27 min 200 nəfərin avtobusla, 24 min 115 nəfərinin hava, 34 min 889 nəfərinin isə qatarla digər əyalətlərə aparıldığı bildirilib.