Türkiyədə zəlzələ nəticəsində BMT-nin 3 əməkdaşı həlak olub.
Teleqraf.com xəbər verir ki, bunu fevralın 15-də brifinq zamanı BMT baş katibinin nümayəndəsi Stefan Cüjarrik deyib.
"Hazırda zəlzələ zamanı ölən 3 əməkdaşdan xəbərimiz var. Onların hamısı Türkiyədə dünyasını dəyişib, bu ölkənin təmsilçiləri arasından olan işçilər olub", - deyə S.Cüjarrik bildirib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.