Yunanıstan Baş naziri Kiryakos Mitsotakis şiddətli zəlzələlərdən sonra ikitərəfli əlaqələrdə yaranmış müsbət atmosferin ölkəsi ilə Türkiyənin yaxşılaşmasına səbəb ola biləcəyinə inandığını deyib.
Teleqraf.com xəbər verir ki, baş nazir yunan xilasedicilərin Türkiyədə insanların həyatlarını xilas etməsindən məmnunluğunu və qürurunu dilə gətirib.
Mitsotakis qeyd edib ki, xarici işlər naziri Mövlud Çavuşoğlu da ikitərəfli münasibətlərdə irəliləyiş ola biləcəyinə dair açıqlamalar verib.
“Aramızda fikir ayrılıqları var. Bunlar beynəlxalq hüquq əsasında və mehriban qonşuluq münasibətlərinə hörmət etməklə həll edilə bilər. Nəhayət, bu faciənin nümayiş etdirdiyi kimi, xalqlarımız arasındakı emosional bağa inanıram. İnanıram ki, bəlkə bu faciədən Türkiyə-Yunanıstan münasibətləri üçün daha yaxşı bir şey çıxa bilər”, - Yunanıstan baş naziri söyləyib.
Yunan xalqının türk xalqına dəstəyini davam etdirəcəyinə inandığını qeyd edən Mitsotakis ölkəsinin zəlzələdən zərər çəkmiş bölgələrin yenidən qurulması səylərində qonşu olaraq üzərinə düşəni edəcəyini vurğulayıb.