16 Fevral 2023 23:55
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevdə səfərdə olan İsrailin xarici işlər naziri Eli Koen Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə tərəflər Kiyevə yardımın artırılması, eləcə də İran məsələlərini müzakirə ediblər.

“Mən Ukrayna Prezidenti Zelenski ilə vacib və müsbət görüşü yenicə başa vurdum. Söhbətimizdə İsrailin birmənalı olaraq Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğuladım", - deyə israilli nazir bildirib.

Tərəflər İranın Ukraynadakı terror fəaliyyətinin beynəlxalq ictimaiyyət tərəfindən pisləməyə layiq olduğunu bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər