Peru Konqresi Kolumbiya Prezidenti Qustavo Petronu polisə verdiyi ifadələrə görə ölkədə arzuolunmaz şəxs elan edib.
Teleqraf.com xəbər verir ki, Respublika Konqresinin Ümumi Yığıncağında keçirilən səsvermədə təklif 72 lehinə, 29 əleyhinə və 7 bitərəf olmaqla qəbul edilib.
Qərardan sonra verilən açıqlamada “Kolumbiya prezidenti Qustavo Petronunun milli polisimizə qarşı cinayət ifadələri rədd edilib və onun arzuolunmaz şəxs elan edilməsini təklif edən 5607 saylı vəsatət təsdiq edilib” ifadəsi işlədilib.
Prezident Petro fevralın 12-də verdiyi açıqlamada deyib: "Peruda davam edən hökumət əleyhinə etirazlara toxunaraq, “Peruda onlar Amerika İnsan Haqları Konvensiyasını pozaraq, öz xalqlarına qarşı nasistlər kimi yürüş edirlər”.
Peru mətbuatının məlumatına görə, 2022-ci il dekabrın 11-dən bu yana nümayişlərdə 64 nəfər həyatını itirib, yaralananların sayı isə 1700-ü keçib.
Peruda etirazlar keçmiş prezident Pedro Kastilonun 2022-ci il dekabrın 7-də Konqres tərəfindən impiçment edilməsindən sonra başlayıb. Nümayişçilər prezident Boluartenin istefasını, növbədənkənar seçkilərin keçirilməsini və həbsdə olan keçmiş prezident Pedro Kastilonun azad edilməsini tələb edirlər.