ABŞ-nin dövlət katibi Entoni Blinken Türkiyəyə səfərə gəlib.
Teleqraf.com xəbər verir ki, bu, E.Blinkenin dövlət katibi kimi Türkiyəyə ilk səfəridir.
Bildirilib ki, dövlət katibinin təyyarəsi Adanadakı İncirlik bazasına enib. Diplomatı ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk qarşılayıb.
Daha sonra Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə helikopterlə havadan zəlzələ bölgəsinə baxış keçirib.
“Reuters” dövlət katibinin bu gün və sabah bir sıra görüşlər keçirəcəyini, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gələcəyini bildirib.