20 Fevral 2023 21:38
2 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Co Bayden sələfi Barak Obamanın kabinetində vitse-prezident olduğu illərdən Ukrayna ilə məşğul olur”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, ABŞ liderinin Ukraynaya səfərində bir sıra müham məqamlar önə çıxır:

“Co Bayden keçmiş prezident Barak Obamanın kabinetində vitse-prezident olduğu illərdən Ukrayna ilə məşğul olur. Obama Ukraynanı Baydenə tapşırmışdı, o da tez-tez Kiyevə gedir və keçmiş prezident Petro Poroşenko ilə müzakirələr aparardı.

Baydenin son ana qədər gizli saxlanılan indiki səfərinin xüsusi əhəmiyyəti var.

Birincisi, Bayden Amerikanın Ukraynaya yeni yardımlarını Kiyevdə ikən açıqlamağı lazım bilib.

İkincisi, Bayden Rusiyanın genişlənən hücumları fonunda Kreml sahibi Vladimir Putinə mesaj yollayıb ki, ABŞ Ukraynanın məğlub olmasına imkan verməyəcək və Ukrayna Prezidenti Vladimir Zelenskini əks-hücuma həvəsləndirəcək.

Üçüncüsü, Bayden döyüşlərin gərgin olduğu bu günlərində Kiyevə getməklə Avropa ölkələrinə Ukraynaya hərbi texnika göndərmək məsələsində Amerika qədər cəsarətli olmağa eyham vurub”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər