24 Fevral 2023 15:04
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev üzərində qələbə günü gələcək, lakin ondan sonra çətin və əsəbi danışıqlar olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Siyasətçi danışıqlardakı çətinlikləri onunla izah edib ki, Ukraynada hazırda olanlar formal iştirakçılardır:

"Faktiki liderlər isə tamamilə fərqlidir. Qərarları, əlbəttə ki, Zelenski yox, xaricdə Kiyevə silah tədarükü və Ukrayna iqtisadiyyatının qalıqlarını saxlamaq üçün pul ayıran şəxslər verəcək. Qərb münaqişənin sona çatmasında maraqlı deyil. Lakin gec-tez qərb ölkələrinin liderləri bunu etməli olacaqlar və bu, bir növ razılaşmaya gətirib çıxaracaq: Real sərhədlər və ya Avropada təhlükəsizliyi təmin edən yeni Helsinki paktı ilə bağlı fundamental razılaşmalar olmadan".

Medvedev qeyd edib ki, xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olmaq lazımdır: “Rusiya Federasiyasına təhlükələrin sərhədlərini mümkün qədər, hətta bu Polşanın sərhədləri olsa belə uzaqlaşdırmaq lazımdır. Neonasizmi yerə yıxın. Sonradan kiçik Rusiya meşələrində Bandera dəstələrinin qalıqlarını tutmağa vaxt itirməyəsiniz ki, dünya çoxdan gözlənilən sakitliyi tapsın”.


Müəllif: Nemət

Oxşar xəbərlər