24 Fevral 2023 16:00
3 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə zəlzələ fəlakətindən sonra seçkilərin təxirə salınması ilə bağlı müzakirələr davam edir.

Teleqraf.com xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın CNN Internationala diqqət çəkən açıqlamalar verib.

“Önümüzdəki günlərdə bunun əksi ilə bağlı siyasi razılaşma olmazsa, tendensiya seçkilərin vaxtında keçirilməsidir”, - Kalın deyib.

Əlavə edib ki, hazırda seçkilərin mayın 14-də olması haqda qərar var.

Qeyd edək ki, Bloomberg agentliyi daha əvvəl Ərdoğanın seçki ilə bağlı təqvim planına sadiq qalmaq istədiyini bildirmişdi. Xəbərdə Ərdoğanın zəlzələlərin vuracağı iqtisadi zərərin əks olunmasından əvvəl populyarlığını qorumağa çalışdığına dair şərhlər edilmişdi.

Ötən həftə Ərdoğanın öz heyəti ilə seçki təqvimi ilə bağlı danışıqlar apardığını yazan Bloomberq, bu danışıqlar nəticəsində 14 mayın gündəmə gəldiyini, lakin 18 iyunun masada saxlandığını iddia etmişdi.


Müəllif: Nemət

Oxşar xəbərlər