24 Fevral 2023 19:36
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ticarət Nazirliyi 76 Rusiya təşkilatına, 22 fiziki və 83 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, ABŞ Rusiya istehsalı olan məhsullarta yeni ixrac məhdudiyyətləri tətbiq edib.

Rusiyanın metallurgiya sektoru, dağ-mədən sənayesi ilə məşğul olan müəssisələri və bəzi bankları sanksiyalar siyahısına salınıb. Onların arasında Moskva Kredit Bankı, MTS Bank, “Uralsib”, “Zenit” və “Sankt-Peterburq” bankları da var.

Eyni zamanda Rusiyanın idman naziri Oleq Matıçin, əmək və sosial müdafiə naziri Anton Kotyakov və fövqəladə hallar naziri Aleksandr Kurenkova qarşı da sanksiyalar tətbiq olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər