25 Fevral 2023 21:00
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə güclü zəlzələdən sonra müxtəlif şəhərlərdə uçan binalarla əlaqəsi olan 600-dən çox insan barədə araşdırma aparılır.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunlar tikinti podratçıları, bina sahibləri və mühəndislərdir.

Onlardan 182 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda yoxlamalar davam edir.

Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər