Gündəlik mətbuat konfransında sualları cavablandıran ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyə ilə bağlı açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, ABŞ rəsmisi Türkiyə, İsveç və Finlandiya arasında NATO-ya üzvlük danışıqlarını dəyərləndirib.
Prays bildirib ki, Türkiyə öz ərazisində NATO müttəfiqlərindən daha çox terror hücumu ilə üzləşib.
İsveç və Finlandiyanın NATO-ya qoşulmaq üçün hazır olduqlarına inandıqlarını deyən sözçü hər iki ölkənin öhdəliklərinin yerinə yetirilməsi istiqamətində mühüm addımlar atdığını qeyd edib.
“Bu sual son nəticədə bu qərarı verəcək Türkiyəyə ünvanlanmalıdır ki, nə vaxt qərar verəcək”, - Prays əlavə edib.