Ukraynanın bir sıra vilayətlərində hava hücumu ilə bağlı həyəcan siqnalı verilib.
Teleqraf.com xəbər verir ki, Çerniqov, Sumı, Kiyev, Poltava, Xarkov, Çerkassı və Kirovoqrad vilayətlərində həyacan siqnalı səslənib.
Həmçinin Dnepropetrovsk vilayətinin Nikopol rayonunda da vəziyyət gərgin olaraq qalır.
Kremençuq şəhərinin meri Vitali Maletski bildirib ki, şəhərdə partlayış səsləri eşidilib. Daha sonra Poltava vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Lunin Teleqramda 5 rus PUA-sının vurulması barədə məlumat yayıb:
"Hazırda hava hücumu davam edir. Vətəndaşlara gizlənməyi və sakit olmağı tövsiyə edirik. Bölgə sakinlərinin eşitdiyi partlayış səsləri hava hücumundan müdafiə qüvvələri ilə bağlıdır. Düşmən PUA-ları məhv edilir”.
Daha sonra bildirilib ki, Kiyev və digər ərazilərdə düşmənin hava obyekti aşkar edilib:
“İşıqlar sönənə qədər sığınacaqlarda və təhlükəsiz yerlərdə qalın. Hava Hücumundan Müdafiə Qüvvələri həyəcan vəziyyətindədir. Hərbçilərlə bağlı çəkilişlər etməyin".
Qeyd edək ki, ötən gün “Cənub” operativ komandanlığı Rusiyanın iki gün ərzində Ukraynaya yeni kütləvi raket hücumu həyata keçirə biləcəyi barədə məlumat yaymışdı.