1 Mart 2023 09:51
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağır döyüşlərin aylardır davam etdiyi Baxmutda Ukrayna hərbçilərinə əlavə qüvvələr göndərilib. Bura cəbhənin ən gərgin hissəsi olaraq qalır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

“Bu yaxınlarda şəhərə səfəri zamanı Quru Qoşunlarının komandanı Aleksandr Sırski Baxmuta əlavə hissələrin köçürülməsinə qərar verib”,- nazir müavini deyib.

Malyarın sözlərinə görə, Baxmutda vəziyyət mürəkkəb və gərgindir:

"İşğalçı rus qoşunları əsas səylərini orada cəmləşdirib. Onlar Donetsk bölgəsini tamamilə ələ keçirmək istəyirlər. Ona görə Baxmutu qorumalıyıq, bu, çox önəmlidir".

Artıq bir neçə aydır ki, rus qoşunları və “Vaqner” özəl hərbi şirkətinin muzdluları Baxmuta hücum edir. Ağır döyüşlərdə şəhər ukraynalı müdafiəçilər tərəfindən qəhrəmancasına müdafiə olunur.

93-cü briqadasının əsgəri Andrey Babiçev deyib ki, Baxmutda heç vaxt belə ağır vəziyyət olmayıb. Düşmən bütün mövcud silahlardan istifadə edir.

Eyni zamanda, müdafiə nazirinin müavini Anna Malyar vurğulayıb ki, Baxmut ərazisində ruslar “Vaqneritlər”i Rusiya ordusunun əsgərləri ilə əvəz etməyə məcburdurlar. Düşmən böyük itkilər verir. Vaqner hissələrinin əksəriyyəti ukraynalı müdafiəçilər tərəfindən məhv edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər