Çinin xarici işlər naziri Qin Qanq bildirib ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Vanq Yi ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdən sonra ölkələr arasında geniş razılaşmalar əldə olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Lavrov və Qin Qanq arasında görüş G20 nazirlərinin görüşü çərçivəsində keçirilir. Görüş Vanq Yinin Çinin Xarici İşlər Naziri vəzifəsinə təyin edilməsindən sonra ilk görüş olub.
“Liderlərimizin strateji liderlik rolu sayəsində əlaqələrimiz böyük dövlətlər arasında ikitərəfli münasibətlərin müsbət nümunəsi olmaqla davamlı və yaxşı inkişaf etməkdə davam edir”, - çinli nazir bildirib.
Qeyd edək ki, buna qədər Vaşinqton başda olmaqla Qərb ölkələri Çinin Rusiya ilə əlaqələrinin zəiflətmək məqsədilə rəsmi Pekinə ciddi basqılar edib. Amma bu təzyiqlərin heç bir nəticəsi olmayıb. Bundan sonra Qərbin hansı addım atacağını zaman göstərəcək.