6 Mart 2023 09:56
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son sutka ərzində Ukrayna müdafiə qüvvələri Rusiya işğalçılarının Kupyan, Liman, Baxmut, Avdiv və Şaxtyor istiqamətlərində 95-dən çox hücumunu dəf ediblər. Rusiya əsas hücum səylərini bu beş istiqamətdə cəmləşdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ötən sutka ərzində əsgərlərimiz göstərilən istiqamətlərdə, o cümlədən Luqansk vilayətinin Beloqorivka və Nevski və Donetsk vilayətinin Zaliznyanski, Dubovo-Vasilivka, Orixovo-Vasilivka, Baxmut və İvanivski ərazilərində düşmənin 95-dən çox hücumunu dəf edib”, - məlumatda deyilir.

Baş Qərargah onu da vurğulayıb ki, ötən gün Ukrayna aviasiyası işğalçıların cəmləşdiyi ərazilərə 12 zərbə endirib, raket qoşunları və artilleriya bölmələri 3 idarəetmə məntəqəsi, 4 dislokasiya zonası və hava hücumundan müdafiə vasitələrinin 1 mövqeyini vurub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər