6 Mart 2023 11:51
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müxalifətinin “Altılıq Masası” koalisiyanın dağılmasından sonra Məmləkət və Zəfər partiyalarından da ayrılıq xəbəri gəlib.

Teleqraf.com xəbər verir ki, Zəfər partiyasının sədri Ümit Özdağ Məmləkət partiyasının rəhbəri Məhərrəm İncənin Votsapdan mesaj göndərərək ittifaqdan çıxdığını açıqladığını deyib.

“Hörmətli İncə 24 saat əvvəl 4 partiya sədri olan qrupa “Mən bu ittifaqdan çıxıram, haqqınızı halal edin” mesajı göndərdi”, - Özdağ bildirib.

Özdağ Məhərrəm İncənin ittifaqdan çıxmasının səbəbinin Ankara bələdiyyəsinin dərdi Mansur Yavaş olduğunu söyləyib:

“Səbəb Mansur Yavaşı namizədliyə dəvət etməyimizdir. O, özünü namizəd kimi görür. Təxmin edirdim ki, İncə bəy belə reaksiya verə bilər”.

Məhərrəm İncə Özdağa belə cavab verib: “Mən heç kimin ehtiyat namizədi deyiləm. Başqa partiyadan olan bələdiyyə sədrinə “gəl namizəd ol” deyirsənsə, bəs partiyanı niyə yaratmısan?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər