10 Mart 2023 12:35
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müxalifətinin “Altılıq Masası” bloku CHP sədri Kamal Kılıçdaroğlunu prezidentliyə namizəd elan etdikdən sonra bütün gözlər PKK terror təşkilatının siyasi qanadı kimi tanınan HDP-yə çevrilib.

Teleqraf.com xəbər verir ki, HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş həbsxanadan Kılıçdaroğlu və İYİ partiya başqanı Maral Akşənərə “Bizsiz qalib gələ bilməzsiniz” mesajı göndərib.

Akşənərin CHP-nin HDP ilə partiya olaraq görüşə biləcəyini, amma tələblərinin masaya yatırılmasının mümkün olmayacağı sözlərinə HDP həmsədri Mithat Sancar cavab verib:

“CHP ilə yox, Millət İttifaqının namizədi cənab Kılıçdaroğlu ilə görüşəcəyik. İYİ Partiya dairələrinin dedikləri həqiqəti əks etdirmir. Heç belə davranışları qəbul etməməlidir”.

Kılıçdaroğlunun martın 14-də HDP-nin qərargahına gedəcəyi gözlənilir. Kulisdən gələn bilgilərə görə, HDP Kılıçdaroğluna şərti dəstək verəcək. Görüşdən əvvəl partiyada intensiv iş aparılır. İddiaya görə, görüşdə HDP rəhbərliyi Kılıçdaroğlunun qarşısına “muxtariyyət məsələsi”ni gətirəcək. HDP-nin bu və digər tələblərinə hansı cavabın veriləcəyi məlum olmasa da, bunun İYİ Partiya tərəfindən etirazla qarşılanacağı gözlənilir.

Kamal Kılıçdaroğlunun HDP ilə görüşəcəyi CHP-nin sözçüsü Faik Öztrak tərəfindən də təsdiqlənib. Bu, ölkədə birmənalı qarşılanmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər