11 Mart 2023 19:50
1 791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abxaziyadakı separatçı rejimin başçısı Aslan Bjaniya "Dövlət Mühafizə Xidməti" və "Dövlət Təhlükəsizlik Xidməti"nin gücləndirilmiş rejimə keçirilməsi barədə göstəriş verib.

Teleqraf.com xəbər verir ki, “Abxaziya rəhbərinin mətbuat xidməti” bu tədbirlərin Tiflisdə baş verən hadisələrlə əlaqədar həyata keçirildiyini bildirib.

“Müvafiq xidmət rəhbərləri” ilə görüşdə Bjaniya deyib ki, hüquq-mühafizə orqanlarının fəaliyyət sferasına “ölkə”nin daxili və xarici düşmənlərdən etibarlı müdafiəsi ilə bağlı geniş məsələlər daxildir.

Bjaniya həmçinin səfərbərlik hazırlığının artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsini müzakirə etmək üçün iclas keçirib.

Bundan əvvəl Kreml Gürcüstandakı vəziyyətlə əlaqədar Abxaziya və Cənubi Osetiyaya qarşı “təxribat”lar ola biləcəyini açıqlamışdı.

Tiflisdə Gürcüstan hökuməti əleyhinə kütləvi etiraz aksiyaları keçirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər