17 Mart 2023 16:42
7 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hərbi kəşfiyyatının (QUR) rəhbəri Kiril Budanov İlan adasının Rusiya işğalından azad edilməsinin nə üçün vacib olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Ukraynanın baş kəşfiyyatçısı adanın olduqca strateji olduğunu deyib.

“İlan adasına nəzarət bərpa edilmədən Ukrayna limanlarından hər hansı gəmi daşımaları mümkün deyildi. Onsuz ruslar bizi sadəcə iqtisadi cəhətdən məhv edərdilər”, - Budanov bildirib.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Nejpapa da adanın azad edilməsini reallığa çevirən əsas məqamlardan danışıb.

“Moskva” raket kreyserinin batması, bir neçə desant gəmisinin, katerlərin məhv edilməsi, İlan adasındakı işğalçılara maddi-texniki təminatının pozulması adanın azad edilməsinə təsir göstərdi”.

Nejpapa “Bayraktar” dronlarının (Türkiyə istehsalı) İlan adasının azad edilməsi əməliyyatında mühüm rol oynadığını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər