17 Mart 2023 17:08
1 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu misirli həmkarı Sami Şukrünün dəvəti ilə martın 18-də Misirə rəsmi səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Çavuşoğlu ilə Şükrü arasında keçiriləcək görüşdə Türkiyə ilə Misir arasında ikitərəfli münasibətlərin bütün aspektlərdə müzakirə ediləcəyi, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulub.

Çavuşoğlu 11 ildən sonra Türkiyədən Misirə səfər edən ilk xarici işlər naziri olacaq.

Şükrü Kahramanmaraşda baş verən zəlzələlərdən sonra həmrəylik və başsağlığı vermək üçün fevralın 27-də Türkiyəyə səfər edib və Çavuşoğlu ilə görüşüb. Misir zəlzələdən zərər çəkənlər üçün Türkiyəyə humanitar yardım göndərib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər