Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefonla danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə lideri Finlandiyanın NATO-ya Üzvlük Protokolunun Türkiyə Böyük Millət Məclisindəki təsdiq prosesini başlatmağa qərar verdiyini açıqlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu qərarı Finlandiyanın nümayiş etdirdiyi mövqenin İsveçdən müsbət mənada fərqləndiyi ilə izah edib.