18 Mart 2023 11:01
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əbu Zeyd Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Qahirəyə səfəri ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Misir rəsmisi bu səfərin iki ölkənin yaxınlaşmasına müsbət töhfə verəcəyini deyib.

“Türkiyə xarici işlər nazirinin Misirə səfəri iki ölkə arasında münasibətlərin normallaşdırılması, ikitərəfli əlaqələrin müxtəlif aspektləri, eləcə də ortaq əhəmiyyət kəsb edən regional və beynəlxalq məsələlər üzrə dərin dialoqun başlanğıcıdır”, - əbu Zeyd bildirib.

Açıqlamada səfərin məqsədinin iki ölkənin və iki qardaş xalqın maraqlarını qoruyan ortaq anlaşmaya nail olmaq olduğu vurğulanıb.

Əbu Zeyd Çavuşoğlunun misirli həmkarı Sami Şükrü ilə ikitərəfli görüşündən sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli toplantının və birgə mətbuat konfransının keçiriləcəyini söyləyib.

Çavuşoğlu Misirə bu gün gedəcək. O, 11 ildən sonra Türkiyədən Misirə səfər edən ilk xarici işlər naziri olacaq.

Sami Şükrü Kahramanmaraşda baş verən zəlzələlərdən sonra həmrəylik və başsağlığı vermək üçün fevralın 27-də Türkiyəyə səfər edərək həmkarı Çavuşoğlu ilə görüşmüşdü.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər