19 Mart 2023 23:30
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yapon dənizi istiqamətində ballistik raket atdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Cənubi Koreya ordusunun Baş Qərargahı sınağın Tonqçanq-ri bölgəsində baş tutduğunu bildirib.

“Ordumuz müşahidə və sayıqlıq hazırlığını gücləndirməklə yanaşı, ABŞ-la sıx əməkdaşlıqda mövqeyini qoruyur”, - açıqlamada deyilir.

Yaponiya maksimum 50 kilometr hündürlüyə çatan ballistik raketin havada 800 kilometr məsafə qət edərək Yapon dənizinə düşdüyünü açıqlayıb.

Yaponiya müdafiə nazirinin baş müavini İno Toşiro ballistik raket sınağını “tamamilə qəbuledilməz” adlandırıb.

Rəsmi Tokio raketin Yaponiyanın milli təhlükəsizlik zonasından kənara düşdüyünü və ərazidəki hava və dəniz vasitələrinə zərər vermədiyini bildirib.

Sınağın Cənubi Koreya və ABŞ hərbi qüvvələrinin bu həftənin əvvəlində başladığı və martın 23-dək davam edəcək “Azadlıq Qalxanı” təlimi ilə eyni vaxta düşməsi diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər