19 Mart 2023 21:12
1 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu il Ukraynadan yalnız bir əks-hücum cəhdi olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel deyib.

Onun sözlərinə görə, Qərbdə yeni böyük əməliyyatlar üçün kifayət qədər resurs olmaya bilər.

Pavel qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı bir neçə ay ərzində baş tuta bilər: “Bu il fürsət pəncərəsi açıqdır. Qışdan sonra yardımın hazırkı səviyyəsini saxlamaq olduqca çətin olacaq”.

Çexiya liderinin fikrincə, bu müddət ərzində bir çox ölkələr müharibə yorğunluğu yaşayacaq və bu, Ukraynaya hərbi dəstək səviyyəsinə təsir edəcək.

“Bir çox ölkələr və siyasətçilər bu il müəyyən irəliləyiş gözləyirlər. İnanıram ki, Ukraynadan böyük əks-hücuma başlamaq üçün yalnız bir cəhd olacaq. Buna görə də, əgər böyük əks-hücuma başlamaq qərarına gəlsələr və bu, uğursuz olarsa, növbəti üçün vəsait əldə etmək olduqca çətin olacaq”, - Pavel bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər