20 Mart 2023 10:01
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin rəhbəri Si Cinpin Rusiyaya səfəri zamanı Prezident Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli yollarını, eləcə də Rusiya-Çin əməkdaşlığının yeni formalarını müzakirə edə bilər.

Bu fikri RİA Novosti-yə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri institutunun direktor əvəzi Aleksey Maslov deyb.

“Düşünürəm ki, səfər zamanı Rusiya və Çin liderləri ilk növbədə Ukraynadakı münaqişənin bütün iştirakçı tərəflərin qürur və ləyaqətinə xələl gətirmədən həlli yollarını müzakirə edəcək və mümkün oxşar münaqişələrin qarşısının alınması mexanizmlərini işləyib hazırlayacaqlar.

Əlbəttə, Rusiya və Çin liderləri iqtisadiyyat sahəsində Rusiya-Çin əməkdaşlığının genişləndirilməsi məsələlərini də müzakirə edəcək və ola bilsin, yeni neft-qaz müqavilələri, bu sahədə birgə Rusiya-Çin müəssisələrinin yaradılması üçün müqavilələr də imzalayacaqlar”, - Maslov bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər