Türkiyə milli müdafiə naziri Hulusi Akar Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığı aparıb.
Teleqeaf.com xəbər verir ki, danışıq zamanı Akar qlobal ərzaq böhranının həllinə böyük töhfə verən taxıl təşəbbüsünün fasiləsiz davam etdirilməsinin vacibliyini vurğulayıb.
Məlumata əsasən, Rusiya və Türkiyənin müdafiə nazirliklərinin rəhbərləri Suriyadakı vəziyyətin sabitləşdirilməsinə dair fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin, bölgədəki mövcud vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.