Kiyevin qərb tərəfdaşları Ukraynaya F-16 qırıcılarının tədarükünə başlaya bilərlər. Bu cür yardımdan qəti imtina yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu “The Guardian“ qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, Qərb ölkələri artıq Ukrayna tərəfinə əraziləri işğaldan azad etmək üçün kifayət qədər texnika, o cümlədən tanklar, döyüş maşınları və raketlər verib.
O əlavə edib ki, indi Ukraynanın əsas məqsədi hücuma keçmək və işğal olunmuş əraziləri azad etməkdir.
Stoltenberq ABŞ Prezidenti Co Baydenin belə tədarükdən imtina etməsinə baxmayaraq, Amerika F-16 qırıcılarının Ukraynaya təhvil veriləcəyini istisna etməyib və əlavə edib ki, “F-16 ilə bağlı hələlik heç bir qərar verilməyib”.
“Biz səlahiyyətlərin gücləndirilməsi ehtiyacını həll etməyə davam etməliyik”, - deyə o bildirib.