25 Mart 2023 08:18
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haiti və Çili vətəndaşı Rodolf Jaar 2021-ci ilin iyulunda Haiti prezidenti Jovenel Moizin öldürülməsində iştirak etdiyini ABŞ-da etiraf edib.

Teleqeaf.com xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata əsasən, R.Jaar günahını Mayami məhkəməsində etiraf edib. O, Haiti liderinin oğurlanması və öldürülməsinə maliyyə dəstəyi verdiyini bildirib.

Bildirilir ki, o, cinayətkar qruplaşmanın üzvü olan Kolumbiya vətəndaşlarını silah, ərzaq və mənzillə də təmin edib.

Eyni zamanda, təqsirləndirilən şəxs ABŞ-da həbsdə olan daha on nəfərin mühakimə olunmasına kömək edəcək məlumatları təqdim edərək, istintaqla razılaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər