“Biz Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma bu hərbi ittifaq deyil”.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin yerli telekanallara müsahibəsində deyib.
O bildirib ki, bu əməkdaşlıq Qərb üçün təhlükə deyil: “Doğrudur, bizim Çinlə hərbi əməkdaşlığımız var. Amma burada gizli bir məsələ yoxdur, hər şey məlumdur”.
V.Putin Rusiyanın başqa ölkələrlə də hərbi əməkdaşlığın olduğunu xatırladıb.