Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Dövlətinin başçısı Mahmud Abbasla telefon danışığı aparıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı prezident Ərdoğan Türkiyənin Fələstinə lazım olan hər cür dəstəyi davam etdirəcəyini bildirib.
Bundan əlavə Ərdoğan Türkiyədə baş verən zəlzələlərin göstərdiyi həmrəyliyə görə Fələstinə təşəkkür edib.