29 Mart 2023 14:24
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Baş naziri Əlixan Smayılovun rəhbərlik etdiyi hökumət istefa verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Nazirlər Kabinetinin istefa ərizəsi Qazaxıstan parlamentinin aşağı palatasına təqdim olunub.

Qanuna görə, Qazaxıstan prezidenti yeni baş nazir vəzifəsinə namizədi baxılması üçün parlamentə təqdim edəcək.

Yeni baş nazirin təyinatı təklif edilən namizəd deputatlar tərəfindən təsdiqləndikdən sonra həyata keçiriləcək. Növbəti addım hökumət nümayəndələrinin təyinatı olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər